Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürülüb

Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürülüb

20-03-2022 16:37 / Bu xəbər 1080 dəfə oxundu

Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı Qara Dəniz Donanması komandirinin hərbi-vətənpərvərlik işləri üzrə müavini, 1-ci dərəcəli kapitan Andrey Paliyin həlak olduğu bildirilir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə Sevastopol Naximov adına Hərbi Dənizçilik Məktəbinin ictimai şurasının katibi Konstantin Tsarenko yazıb. 

Bu yazı hazırda bağlıdır, lakin onun skrinşotu TSN tərəfindən yerləşdirilib.

Həmçinin, Paliyin ölümü haqqında keçmiş dəniz zabiti İqor Savostin paylaşım edib. 

Onun sözlərinə görə, ölümündən əvvəl Qara Dəniz Donanması komandirinin müavini Mariupol yaxınlığında "əsl komissar kimi dəniz piyadalarını hücuma qaldırıb".

"İnsider" xəbər verir ki, kapitan Andrey Paliy əslən Kiyev şəhərindəndir və 1990-cı illərin əvvəllərindən Rusiya Hərbi Dəniz Qüvvələrində xidmət edir. 

O, 2008-ci ildə Gürcüstan sahillərinin blokadasında və 2014-cü ildə Krımın ilhaqında iştirak edib.

Ukrayna tərəfi fevralın 24-də Rusiya işğalı başlayandan bəri altı rus generalının öldüyünü bildirir. 

Əfqanıstanda 10 illik müharibə zamanı SSRİ Silahlı Qüvvələrinin eyni sayda generalı həlak olub.

Rusiya tərəfi yalnız general Andrey Suxovetskinin (Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu) ölümünü rəsmən tanıyıb. 

Generallar Andrey Mordviçev (Cənub Hərbi Dairəsinin 8-ci Ordusu) və Andrey Kolesnikovun (Şərq Hərbi Dairəsinin 29-cu Ordusu) ölümü ilə bağlı xəbərləri Rusiyada təkzib edilməyib. 

Tərcümə: Nizami Bağırov