Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

19-09-2021 12:37 / Bu xəbər 1224 dəfə oxundu

Rusiya Hərbi Dəniz Qüvvələrinin heyəti sentyabrın 18-də Azərbaycana gəlib.

Xəbəri "Report" yayıb.

Bildirilir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.