Rusiyanın Baş prokurorunun müavini helikopter qəzasında ölüb
04-10-2018 17:26 / Bu xəbər 1863 dəfə oxundu
Saak Karapetyanın uçduğu helikopter Kostroma vilayətində yerə düşüb
Rusiyanın Baş prokurorunun müavini Saak Karapetyan Kostroma vilayətində AS-350 helikopterinin qəzaya düşməsi nəticəsində ölüb.
Rusiya mətbuatının verdiyi xəbərə görə, S.Karapetyanla birlikdə 3 nəfər ölüb.
Nəqliyyatda istintaq idarəsinin Şimal-Qərb üzrə idarəsindən verilən məlumata görə, sözügedən uçuş xəbərdarlıqetmə sifarişi ilə uçurdu və buna icazə lazım deyil.
Bu səbəbdən helikopterin marşrutu barədə dəqiq məlumat yoxdur: "Ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib. Bədənləri bərk yanıb”.