Rusiyanın müdafiə naziri Azərbaycana gəlir
23-08-2020 14:06 / Bu xəbər 1542 dəfə oxundu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.
Rusiyadakı hərbi mənbələrdən verilən məlumata görə, Rusiya müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək.
Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.
APA












