Rusiyanın növbəti zirehli texnikası Ukraynaya daxil oldu
07-01-2014 14:36 / Bu xəbər 815 dəfə oxundu
Rusiyanın növbəti zirehli texnika karvanı “İzvarino” sərhəd-keçid məntəqəsindən Ukrayna ərazisinə daxil olub.
Bu barədə “İnformasiya müqaviməti” qrupu məlumat yayıb.
Bundan başqa Rusiya ordusunun batalyon taktiki qrupunun Luqansk vilayətinin Şastiye yaşayış məntəqəsində yerləşdirildiyi bildirilib.
Qrupun məlumatına görə, Rostov vilayətinin Kamensk-Şaxtinsk stansiyasından iki eşelon hərbi texnika və 500-ə qədər şəxsi heyət Ukrayna ərazisinə keçib. (Axar.az)
Arqument.az












