“Rusiyaya qarşı sanksiyalar qalmalıdır...” - Angela Merkel

“Rusiyaya qarşı sanksiyalar qalmalıdır...”   - Angela Merkel

28-04-2015 02:03 / Bu xəbər 1182 dəfə oxundu

Almaniyanın kansleri Angela Merkel Rusiyaya qarşı sanksiyalar məsələsinin bu ilin iyununda müzakirə ediləcəyini bildirib. 

Musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, Polşanın baş naziri Yeva Kopaçla Varşavada keçirdiyi birgə mətbuat konfransında kansler deyib ki, sanksiyaların müddətinin artırılması və ya dayandırılması Ukrayna üzrə Minsk anlaşmasının yerinə yetirilməsindən asılı olacaq.

“Mart ayında Avropa Birliyi Şurasındakı görüşdə biz yekdilliklə qərar gəldik ki, sanksiyalar məsələsi anlaşmanın yerinə yetirilməsinə bağlıdır. Aydındır ki, razılaşmaların reallaşmasına təsəvvür edildiyindən də çox vaxt gedəcək. Biz bu məsələ ilə iyunda məşğul olacağıq”, - deyə Merkel qeyd edib. O, hesab edir ki, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər qüvvədə qalmalıdır. 

Az öncə prezident Putin sanksiyalar nəticəsində Rusiya 160 milyard dollar həcmində ziyan dəydiyini, lakin ölkədə iqtisadi kollapsın baş vermədiyini söyləmişdi.

Arqument.Az