“Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək” – Baş nazir
14-01-2014 10:36 / Bu xəbər 798 dəfə oxundu
Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar həm sərtləşdirilə həm də aradan qaldırıla bilər.
Bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib.
“Əgər Rusiya Ukrayna azadlığı və müstəqilliyinə qarşı konstruktiv mövqe tutsa, biz sanksiyaların ləğv edilməsi məsələsini nəzərdən keçirə bilərik. Əgər Rusiya vəziyyəti gərginləşdirməyə davam etsə, onda biz sanksiyaları sərtləşdirə bilərik. Hər olduqca sadədir”- deyə Kemeron bildirib.
Britaniyalı nazir ümid edir ki, ruslar Ukraynaya “azad və müstəqil ölkə kimi inkişaf etməyə imkan verəcək”.(AzVision.az)
Arqument.az












