Rusiyaya qarşı onuncu sanksiya paketi qəbul olunub

Rusiyaya qarşı onuncu sanksiya paketi qəbul olunub

28-02-2023 16:01 / Bu xəbər 755 dəfə oxundu

Aİ təkcə yeni məhdudiyyətlər tətbiq etməyib, həm də köhnə sanksiyalara daha əsaslı nəzarət düşünüb

"Novaya qazeta. Yevropa”nın materialı

Bu dəfə Avropa İttifaqının fərdi sanksiyaların qara siyahısını işğal olunmuş ərazilərdən ukraynalı uşaqların oğurlanmasında iştirak edən məmurlar doldurub.

Sanksiyaya Rusiyanın üç bankı, o cümlədən indi, yerdə qalanlar kimi, SWIFT sistemindən kənarlaşdırılmağa hazırlaşan "Tinkoff” düşüb. 

Bununla yanaşı, bankın yeni sahibi Vladimir Potaninin adı eləcə də Aİ-nin sanksiya siyahısına salınmayıb.

Lakin onuncu paketin böyük bir hissəsini yeni məhdudlaşdırıcı tədbirlər deyil, sayəsində Kremlin keçən il ərzində əvvəlki sanksiyalardan ötüşməyi öyrəndiyi üsullar təşkil edib. Məsələn, qadağan olunmuş məhsulları almaq üçün vasitəçi ölkələrdən istifadə etmək və ya guya lazımlı malların Rusiyadan "tranzit”i. 

Nəticədə Aİ-nın yeni sanksiyalarına təkcə Rusiya təşkilatları deyil, həm də BƏƏ, İran və Kremlin digər müttəfiq ölkələrindən olan fiziki və hüquqi şəxslər məruz qalıb.

"Hər növbəti paket ilmənin tarım çəkilməsinə və sanksiyalardan yan keçmə cəhdlərinin qarşısının alınmasına yönəlib”, – onuncu paket qəbul olunmazdan bir gün əvvəl Avropa İttifaqının rəhbəri Şarl Mişel izah edib.

Buna əlavə oloraq, ötən ilin sonunda Brüssel Aİ-da yeni vəzifənin (sanksiyalar üzrə xüsusi müvəkkil) yaradıldığını elan edib. 

Müvəkkilin əsas vəzifəsi Kremlin ona qarşı yeridilmiş sanksiyalardan yan ötməsinin qarşısını almaq üçün üçüncü ölkələrlə qarşılıqlı əlaqəyə girməkdir. 

Bu vəzifəyə Devid O”Sallivan təyin edilib. O, xüsusi müvəkkil vəzifəsinə təyin olunmazdan əvvəl Aİ-nın Vaşinqtonda nümayəndəsi və Avropa diplomatik qurumlarından birinin rəhbəri olub.

Yeni adlar

Siyahıda artıq yer alan 1500-ə yaxın rusiyalı siyasətçi, biznesmen və təbliğatçının ardından daha 87 soyad əlavə olunub. 

Ötəndəfəki kimi məhdudiyyətlər kremlyönlü məmurlara, hərbçilərə və Kremllə əlbir işləyən, üstəlik, Ukraynadakı müharibəyə bilavasitə aidiyyatı olan təbliğatçılara aid edilib.

Avropa İttifaqı ilk öncə işğal olunmuş ərazilərdən ukraynalı uşaqların oğurlanmasına görə məsuliyyət daşıyan şəxslərə – Lenara İvanovaya, Vyaçeslav Duxinə və Tatyana Moskalkovaya girişi qadağan edib.

"Conflict Observatory”nin məlumatına görə, bir ilə yaxın gedən müharibə ərzində minimum 6000 ukraynalı uşaq Rusiyaya gətirilib və övladlığa götürülüb.

Başqırdıstanın əmək, ailə və sosial müdafiə naziri Lenara İvanova – ukraynalı uşaqların deportasiyası və övladlığa götürülməsi prosesində əsas iştirakçılardan biri bu prosesə öz bölgəsi səviyyəsində nəzarət edib.

Vyaçeslav Duxin, – Moskva vilayətindən olan məmur ukraynalı uşaqlara Rusiya pasportları düzəldib.

Tatyana Moskalkova, – rusiyada insan haqları üzrə müvəkkilin adı sanksiya siyahısına ukraynalı uşaqlar üçün nəzərdə tutulmuş filtrasiya düşərgəsinin mövcudluğunu dəfələrlə təkzib etdiyinə və ümumilikdə deportasiya və övladlığa götürmə prosesini açıq şəkildə müdafiə etdiyinə görə salınıb.

Bundan başqa, sanksiya siyahısına Ukraynada döyüş meydanında törətdikləri cinayətlərə görə məsul olan hərbçilər salınıb. Onların arasında dinc sakinlərin qətlində əli olan general-mayor Aleksey Avdeyev və Ukraynada mühüm infrastrukturun dağıdılması barədə əmr verən raket qoşunları generalı Sergey Karakayev də var.

Sanksiyaya həmçinin MDB işləri üzrə Federal Agentliyin rəhbəri Yevgeni Primakov məruz qalıb. Son aylar Kremlin əsas yumşaq güc alətlərindən birinə çevrilən agentlik bütün dünyada rusiyalı mühacirlər arasında Ukrayna ilə müharibədə rusiyayönlü mövqe ilə bağlı fəal təbliğat aparıb.

Rabitə, informasiya texnologiyaları və KİV-ə görə məsuliyyət daşıyan Rusiya dövlət qurumunun rəhbəri Andrey Lipova və Ümumruisya Xalq Cəbhəsi Mərkəzi Qərargahının – "Vahid Rusiya” ilə ümumi maraqları olan ictimai təşkilatın rəhbərliyinə giriş qadağan olunub.

Avropa Komissiyası, nəhayət, qara siyahıya biznesmen Mixail Fridman və rəhbəri olduğu "Alfa Bank”ı da salıb. Daha əvvəl Böyük Britaniyanın sanksiyasına məruz qalan Fridmanın həmin ölkədə hesabları dondurulub.


Foto: shutterstock/thekovtun

Aİ-nın sanksiyasına daha iki bank – "Rosbank” və "Tinkoff” məruz qalıb. Rusiyanın dövlətlə bağlı bir sıra digər bankları kimi, "Tinkoff” da hazırda SWIFT-dən kənarlaşdırılacağını gözləyir.

Bu tədbir bir çox rusiyalının taleyinə təsir edəcək. Belə ki, "Tinkoff” Rusiya vətəndaşlarının vəsaitlərinin Avropa hesablarına köçürülməsinə imkan yaradan azsaylı banklardan idi.

Üçüncü ölkələrə vurğu

Aİ özünün onuncu paketində Rusiyaya eksporta misli görünməmiş embarqo qoyub. Belə ki, embarqonun həcmi ildə 11 milyard avro həcmində qiymətləndirilir. 

Qadağan əsas etibarı ilə ikili təyinat mallarına, yəni müharibə üçün işlədilə biləcək məhsullara (elektrotexnika, kimyəvi preparatlara, yük maşınlarına və təyyarələr üçün komplektləşdirmələr) aiddir. 

İndi məsələ bu cür məhsulların sadəcə Moskvada satılmaması ilə tamamlanmır, bundan belə onları Rusiyadan keçirərək digər ölkələrə də daşımaq olmaz. 

Avropa Komissiyasının fikrincə, Kreml və müttəfiqləri sanksiyalardan yan keçmək üçün bu cür yola əla ata bilər.

Türkiyənin minimum 13 firması Rusiyanın sanksiya altında olan 10 şirkətinə 18 milyard dollar dəyərində məhsul satıb, bunlara hərbi məqsədlərlə istifadə edilə biləcək və ixracı qadağan olunmuş mallar da daxildir.

Üstəlik Türkiyə Rusiya ilə Qərb arasında özünəməxsus "proksi”yə çevrilən çoxsaylı ölkədən yalnız biridir.

Bu cür hallara reaksiya verən Aİ ilk dəfə olaraq təkcə Rusiyaya deyil, həm də üçüncü ölkələrə – BƏƏ-nə və İrana məhdudiyyətlər qoyub.

Bundan başqa, Aİ dronlar və onların komponentlərini tədarük edən bir neçə İran şirkətini də sanksiyaya məruz qoyub. Bütünlükdə sanksiyaya yeddi İran şirkəti məruz qalıb. 

Onların hamısı İslam respublikasının elit hərbi-siyasi təşkilatı olan İslam İnqilabı Keşikçiləri korpusu ilə əlaqəlidir.