“Rustavi 2” televiziya kanalı satışa çıxarılıb

“Rustavi 2” televiziya kanalı satışa çıxarılıb

12-08-2019 20:40 / Bu xəbər 926 dəfə oxundu

Gürcüstanın müxalif "Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.

Bu barədə "Report.az” xəbər verib.

Xəbərdə deyilir ki,  televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi kanalın satışı ilə bağlı  bəyanat yayıb.

O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib.

K.Xalvaşi "Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib.

Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.

O, "Rustavi 2” kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb.