Rüstəm Muradov: "Rusiyalı sülhməramlılar Qarabağda minimum beş il qalacaqlar"

Rüstəm Muradov:

10-09-2021 22:03 / Bu xəbər 1539 dəfə oxundu

"Hazırda Qarabağda həyat tam ritmi ilə davam edir"

"Rusiyalı sülhməramlılar beş il ərzində Dağlıq Qarabağ ərazisində olacaqlar, üçtərəfli bəyanatda qeyd olunur. Daha sonra missiyanın uzadılması barədə qərar qəbul olunacaq”.

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri qismində öz missiyasını bitirmiş general-leytenant Rüstəm Muradov bu haqda TASS Agentliyinə bildirib.

O, öz işini pozitiv qiymətləndirərək qeyd edib ki, hazırda Qarabağda həyat tam ritmi ilə davam edir.

"Rusiyanın sülhməramlı missiyasının fəaliyyətini müsbət qiymətləndirirəm. Bizə bu qiyməti dinc əhali verir – hazırda Qarabağda həyat tam ritmi ilə davam edir. Sözsüz ki, çox mürəkkəb məsələlər var, lakin proses gedir – insanlar qayıdır, bir sıra problemli məsələlər çözülür. Odur ki, zənnimcə, hər şey normal olacaq”, – Muradov belə deyib.

Rüstəm Muradov Rusiyanın Dağlıq Qarabağda sülhməramlı kontingentinin komandanı vəzifəsini 2020-ci ilin noybarından icra edib. 

Onu bu vəzifədə general-mayor Mixail Kosobokov əvəzləyib.

Rusiya sülhməramlıları Qarabağda ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq 5 il müddətinə yerləşdirilib. 

Əgər növbəti 5 il üçün müddətin bitməyinə 6 ay qalmış tərəflərdən hər hansı biri missiyanın qarabağdan çıxarılmasını tələb etməzsə, müddət avtomatik olaraq uzadılacaq.