Rövnəq Abdullayev DESFA-nı müzakirə edir
11-01-2014 11:29 / Bu xəbər 960 dəfə oxundu
ARDNŞ-nin prezidenti səfər çərçivəsində bu ölkənin baş naziri Antonis Samarasla görüşüb
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edib.
Arqument.az-ın ARDNŞ-ə istinadla verdiyi məlumata görə, səfər çərçivəsində R.Abdullayev bu ölkənin baş naziri Antonis Samarasla görüşüb.
Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüblər.
Arqument.az












