Saakaşvili hakim partiyanı inandıra bilmədi

Saakaşvili hakim partiyanı inandıra bilmədi

24-04-2020 16:09 / Bu xəbər 1187 dəfə oxundu

Saakaşvilini baş nazirinin müavini seçilə bilməyib

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili Ukrayna hökumətində təmsil olunmaq üçün "Xalqın xidmətçisi” fraksiyasının əksər üzvlərini ona səs verməyə inandıra bilməyib. 

Bu barədə Arqument.az "Ukrainskaya pravda”ya istinadən xəbər verir.

Xəbərdə deyilir ki, Saakaşvilinin baş nazirinin müavini postuna namizədliyinin Ali Radanın plenar iclasına çıxarılması üçün fraksiyasının 70% üzvlərinin dəstəyi zəruridir, lakin o, fraksiya daxilində "tərəddüd” edənləri özünə tərəf çəkə bilməyib. 

Onun baş nazirin müavini postuna namizədliyi məsələsinin növbəti həftə müzakirə olunacağı da bildirilir. Belə olan halda, bu postu tutmaq üçün Saakaşvilinin digər fraksiyaların dəstəyinə ehtiyacı olacaq.

Nizami