Saakaşvili müalicə olunmağa razılıq verdi

Saakaşvili müalicə olunmağa razılıq verdi

29-10-2021 11:16 / Bu xəbər 951 dəfə oxundu

Hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili uzun müddətlik aclıq aksiyasından sonra müalicə olunmağa və həkimlərlə əməkdaşlıq etməyə razılıq verib. 

"Exo Kavkaz" nəşrinin məlumatına görə, bu barədə onun vəkili Dmitri Sadzaqlişvili məlumat verib. 

"Mixail Saakaşvili ilə ünsiyyət problemi aradan qaldırılıb, bunun da nəticəsində Saakaşvili etirazın ifrat formasından imtina edib. O, müalicə olunmağa, testlərin, analizlərin aparılmasına icazə verib", - deyə vəkil bildirib. 

Sadzaqlişvili bildirib ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin onların danışıqlarına qulaq asmaq tələbinə razılıq verdikdən sonra öz müştərisi ilə ünsiyyət qurmağa nail olub. Vəkil bildirib ki, bunun nəticəsində sabiq prezident öz aksiyasını daha da çətin vəziyyətə salmayıb. 

Bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezidentin Ukraynaya ekstradisiyasının, həmçinin onun vaxtından əvvəl həbsxanadan buraxılmasının nəzərdə tutulmadığını bildirmişdi. 

Baş nazirin sözlərinə görə, əgər bu baş verərsə, gürcü hökuməti növbəti gün istefa verməlidir.