Saakaşvilidən şok açıqlamalar: “2-3 il içində xaos olacaq”

Saakaşvilidən şok açıqlamalar: “2-3 il içində xaos olacaq”

19-08-2015 20:00 / Bu xəbər 2481 dəfə oxundu

"Ondan qabaq oğlunu ot çəkdiyi üçün həbs etmişdilər"
 
"Professioanl cinayətkarlar adətən qorxaq olurlar"
 
Gürcüstanın keçmiş prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili Rusiyanın "Novoya Qazeta” nəşrinə geniş müsahibə verib. Jurnalist və icmalçı Dmitri Bıkovun suallarını cavablandıran eks-prezident Ukraynadakı və Gürcüstandakı fəaliyyəti haqda açıqlamalar verib. Modern.az müsahibənin diqqətçəkən məqamlarını ixtisarla təqdim edir:
 
- Sizcə, Luqansk və Donetsk vilayətlərinin gələcəyi necə olacaq?
 
- Putindən sonra nə qədər tez olacağını bilmirəm, amma özünü qapadan sistemlərdə müşayiət olunan mexaniki yorğunluq müşahidə olunacaq. Putindən sonra Rusiya 2-3 il xaos içində olacaq. Şaquli hərəkətdən sonra mütləq qaranlıq dövrlər çökür. Bu, qanlı olmasa yaxşıdı. Sonra isə… Şimali Qafqaz ayrılacaq, Tatarıstan və Başqırdıstan özünü göstərəcək, Uzaq Şərq çoxdandır ki, Yaponiya və Çinə meyl edir. SSRİ-dən sonra baş verən hadisələr təkrar olunacaq. Luqansk və Donetsklə isə sovet qoşunlarının tərk etdikdən sonrakı Əfqanıstanı xatırladacaq  Həmin torpaqlar həmişə olduğu kimi Ukraynanın olacaq.     
 
- Sizi Odessa heç sevmirlər? Axı hər halda gəlməsiniz, öz komandanızla gəlmisiniz…
 
- Əslində, komandam şəffaf müsabiqə əsasında yerli sakinlərdən toplanıb. 6 min namizəd var idi, onlardan seçilən 26 nəfər bu gün şöbə müdirləridir. Mənə qarşı heç bir nifrət də yoxdur – nifrət axı burada necə əməl gələ bilər? Odessada gəlmələri sevmirlər? Odessa SSRİ-də yeganə beynəlmiləl şəhər idi. Düzdür, Bakı da var idi, amma orada 3 əsas xalq var idisə, burada onlar 103-dür. Bilirsiniz, Odessa sakinlərinin başlıca 3 özəlliyi nədir?
 
- Korrupsiya, korrupsiya və korrupsiya...
 
- Heç də belə deyil. Nə vaxtsa ola bilər... Amma nə vaxtsa, dünyada hannibalizm də dəbdə idi, bu günsə... Yox. Üç özəllik – istedad, çeviklik və açıqlıq. İnsanların böyük gözləntiləri var, onlarla müntəzəm görüşürəm və hamını dinləməyə çalışıram. Doğrudan da, buna dözmək mümkün deyildi. Korrupsiya ilə mübarizə çox asandır. Bilmirəm kim rusiyalıları inandırıb ki, korrupsiya məğlubedilməzdir. Vacib ola 2-3 real addım atmaqdır – və insanlar hər şeyi anlayacaq.
 
- Siz burada da QAİ-ni (Yol polisi) ləğv etməyə niyyətlisiniz?
 
-Faktiki olaraq ləğv olunub. Onlar nəyə lazımdırlar? Patrul polisi bunun öhdəsindən rahat gələ bilər.
 
- Hər halda, siz anlayırsınız ki, Gürcüstanda bütün niyyətlərinizi gerçəkləşdirdiyinizi demək olmaz. Yoxsa, indi orada axtarışda olmazdınız. Bütün komandanızla, o cümlədən Burcanadze ilə dalaşmazdınız. Özünüzə qarşı bütün intelegensiyanı ayağa qaldırmazdınız...
 
- Heç bir ciddi islahat öz komandanla münaqişə olmadan alınmır. Ona görə Qorbaçov kimi islahatçıları hakimiyyəti ələ almağa çalışanlar, əvvəlki kimi yaşamaq istəyənlər vururdular. Siz nəyisə dəyişmək istəyirsinizsə, heç vaxt dostlarınızı dəyişməz saxlaya bilməzsiniz.
 
Mən indi də Gürcüstanda qala bilərəm, orada partiyama çox böyük dəstək var, yaxşı reytinqi var. Amma orada da xeyli çox hakimiyyətdə qaldım. Nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq istəmirdim. Yeni vətəndaş müharibəsini isə xüsusilə istəmirdim. Hesab edirəm ki, Gürcüstana məndən dincəlməsi üçün vaxt vermək lazımdır. O ki qaldı intelegensiyaya... Siz bilirsiniz mən nə üçün Robert Sturua ilə dalaşmışdım?  
 
- O demişdi ki, erməni Gürcüstanın prezidenti olmalı deyil.  
 
- O, bunu sonra dedi. Ondan qabaq oğlunu ot çəkdiyi üçün həbs etmişdilər. Sturua isə daxili işlər nazirinə zəng edərək demişdi: oğlum yaxşı insandı, qoyun buraxsınlar... Ona isə belə cavab veriblər: "Biz sizə dərin hörmət edirik, amma qanunla davranacağıq”.
 
Sovet intelegensiyası çox təəccüblənmişdi – onlar sovet qanunları ilə, özünəməxsus mafioz-dostluq şəraitində yaşamağa öyrəşmişdilər.
 
Amma aydın oldu ki, artıq bu anlayışlar işləmir. Bilirsiniz, bir nüfuzlu gürcü keşişi mənə sual etmişdi: Siz "qanuni oğru”ları necə qova bilirsiniz? Onlar axı kilsəyə o qədər yardımlar, ianələr verirdilər... Odessada isə başqa bir keşiş limanda çalışan məmurun müdafiəsi üçün yanıma gəlmişdi. Çoxdan idi ki, həmin məmurdan şübhələnirdim və keşişin onu müdafiə etməsindən sonra dərhal vəzifədən aldım”.
 
- Maraqlıdır, sizi həmin "qanuni oğru”lar niyə öldürmədilər? Axı bütün biznesi ölkədən çıxarmaqdansa, prezidenti öldürmək daha asandır...
 
- Onlar Odessadan da öz bizneslərini köçürdürlər. Praqada "sxodka”ları olub, qərar qəbul edilıib. Nəyə görə öldürmədilər?.. Onlar qorxaqdılar. Professional cinayətkarlar adətən qorxaq olurlar.