Saakaşviliyə daha bir vəzifə verildi
12-06-2015 16:17 / Bu xəbər 971 dəfə oxundu
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynada yaradılacaq Dövlət Müəssisələrində İslahatlara Nəzarət Şurasına rəhbərlik edəcək.
AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abramaviçus bildirib.
"Biz bu gün İslahatlara Nəzarət Şurasını yaradırıq. Bu dövlət idarəçiliyi və islahatlar sahəsində geniş təcrübəyə malik ekspertlər qrupudur. Onlar Ukraynanı, onun qarşısında duran çağırışları yaxşı bilirlər”, - deyə nazir qeyd edib.
Abramaviçusin sözlərinə görə, şura dövlət müəssisələrində effektivliyin artırılmasına nəzarət edəcək. Yeni orqanın səlahiyyətlərinə idarəetmə strukturunda islahatın aparılması, özəlləşdirmə və audit işləri də daxildir.












