Sabah külək güclənəcək, yağış yağacaq

Sabah külək güclənəcək, yağış yağacaq

08-11-2023 13:49 / Bu xəbər 1120 dəfə oxundu

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər isə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-23° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda 0-5° isti, gündüz 8-13° isti olacaq.