Sabah parlamentdə yeni Baş nazirin təsdiqlənəcəyi gözlənilir

Sabah parlamentdə yeni Baş nazirin təsdiqlənəcəyi gözlənilir

20-04-2018 18:11 / Bu xəbər 2858 dəfə oxundu

Milli Məclisin təcili iclası çağırıldı

Aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək. İclasda yeni Baş nazirin təsdiqlənməsi ilə bağlı məsələsinin müzakirəyə çıxarılması nəzərdə tutulub.

Aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Baş nazir Artur Rəsizadə də daxil olmaqla Nazirlər Kabineti istefaya gedib. 

Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür və həmin namizəd Milli Məclisə təqdim edilir.

Prezident həmin namizədi Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Artur Rəsizadə 1996-cı ildən Azərbaycanın Baş naziri idi.///meydan.tv