Sabiq deputat: ""Xəzər"də gənc adam boğularaq ölüb, hadisəni ört-basdır ediblər"

Sabiq deputat:

22-06-2021 15:17 / Bu xəbər 1167 dəfə oxundu

Qəbələnin Vəndam kəndində istirahət mərkəzinin birində 3 metrlik hovuzda gənc adam boğularaq ölüb.

Bu barədə hadisə şahidlərindən biri sabiq deputat Nazim Bəydəmirliyə danışıb.

Nazim Bəydəmirli "Feysbuk" hesabında bildirib ki, əraziyə təcili yardım, polislər gəliblər, ancaq "Xəzər" adlı istirahət mərkəzi hansısa məmurundur deyə hadisəni ört-basdır ediblər.

"Deyirəm ay qardaş 3 metrlik hovuza FHN icazə verməz, bir az azalt, azaltmadı ki, azaltmadı... 3 uşaq yetim qaldı. Allah ölənə rəhmət, səbəbkara lənət eləsin!” - sabiq deputat yazıb.

O deyib ki, bu barədə hçe bir xəbərə rast gəlməyib: "Hadisə şahidi deyir ki, vəzifəsini deyə bilmərəm, ancaq bütün işləyənlər Füzuli rayonundandır, qohum əqrəbasıdırlar. Jurnalistlər yəqin tapacaqlar!”

Sosial şəbəkə istifadəçiləri yazıblar ki, istirahət mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya məxsusdur...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən iddialara münasibət öyrənmək mümkün olmyıb.