Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var
24-04-2024 15:51 / Bu xəbər 636 dəfə oxundu
Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğul olan şirkətin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 349.789,02 manat vergi borcu var.
Qanuni təmsilçisi Əliyev Səftər Fikrət oğlu olan MMC 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinə şikayət edib və "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə" iddia qaldırıb.
İşə Şirvan Apelyasiya Məhkəməsinin hakimi Samir Həsənovun sədrliyi ilə baxılacaq.
Səftər Əliyevin Fikrət oğlu "Aqua Safe" və "E and S" şirkətlərinin də sahibi olduğu deyilir.