Sabiq deputatın şirkətlərinin siyahısı yayıldı

Sabiq deputatın şirkətlərinin siyahısı yayıldı

22-01-2022 15:12 / Bu xəbər 332 dəfə oxundu

Ağacların kəsilməsinə görə şirkəti ilə bağlı cinayət işi qaldırılan keçmiş deputat Nəriman Əliyevin şirkətlərinin siyahısı yayılıb.

Demokrat.az xəbər verir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

"AVROSET" Məhdud Məsuliyyətli Cəmiyyəti (oğlu İsmayıl Əliyevin adına rəsmiləşdirilib, MMC-nin paytaxtın bir neçə yerində servis mərkəzləri fəaliyyət göstərir).

"V.B.P." Məhdud Məsuliyyətli Cəmiyyəti (AVROSET MMC ilə eyni hüquqi ünvanda - BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, KEÇİD 1410 6 MKR, ev 15/2, m. 69-da qeydiyyatdan keçib). 

"VIP AUTO" Məhdud Məsuliyyətli Cəmiyyəti

(Bacısı oğlu ƏFQAN ABDULLAYEV ARİF oğlunun adına).

"MAGIC MOTORS" Məhdud Məsuliyyətli Cəmiyyəti (Bacısı oğlu ƏFQAN ABDULLAYEV ARİF oğlunun adına).

"ŞTUTQART" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Təsisçisi NƏRİMAN ƏLİYEV ƏLİBALA OĞLU).

"SƏDA MOTORS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (qaynı ARİF ABDULLAYEV MƏMMƏD oğlunun adına).

Rusiyada daha iki şirkət (qaynı ARİF ABDULLAYEV MƏMMƏD oğlunun adına).