Sabiq icra başçısının mülkləri araşıdırılır

Sabiq icra başçısının mülkləri araşıdırılır

01-08-2022 13:36 / Bu xəbər 316 dəfə oxundu

Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. 

Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması halları da mövcuddur.

Ölkədə həbsi gündəmdə olan şəxslərdən biri də prezidentin 5 oktyabr 2018-ci il sərəncamı ilə işdən azad olunan Beyləqan rayon icra hakimiyyəti başçısı Vaqif Abdullayevdir. 

Bu barədə "Cumhuriyyət.az" məlumat yayıb. 

Bildirilir ki, Vaqif Abdullayev ən qalmaqallı icra başçılarından biri kimi tanınır. 

İcra başçısı olduğu zaman V.Abdullayevin oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən "Bugatti” markalı avtomobil alması xəbəri yayıldı. 

Bundan başqa, Vaqif Abdullayevin "Gənclik” metrosu yaxınlığında bu yaxınlarda özünə 2 milyon manata villa aldığı deyilir. 

Məlumata görə, Vaqif Abdullayevin Xızı rayonunda da villası və istirahət mərkəzi var. Ancaq bunlar məmurun biznesinin heç də hamısı deyil. 

Bildirilir ki, V.Abdullayev Azadlıq prospektində bir nece obyekt, Teymur Əliyev indiki Məmməd Araz küçəsində 4 milyonluq villa, bulvarda "Tac" MTK-da 3 menzil, "10 BP 010", "10NR 010", "10MA010" nomrə nişanlı "Galenvagen"lər, paytaxtda bir neçə yeni tikili, Beyleqanda ferma, özünün və övladlarının Xızıda villaları və torpaq sahələrinə sahiblənib.

Beyləqan sakinləri bildriblər ki, V.Abdullayevin bu qədər kapitalı, heç şübhəsiz, qanuni bizneslə əldə edilməyib. 

Məlumata görə, V.Abdullayev hər yerdə bəyan etsə də, artıq onun arxasında məlum general dəstəyi yoxdur.  Belə ki, bu qohumluq münasibəti artıq pozulub. Başqa bir məlumata görə isə, V.Abdullayevin icra başçısı kimi fəaliyətinin araşdırılması haqda siyasi qərar var.