Sabiq vitse-spiker Paşinyana sui-qəsddə ittiham olunur
26-09-2023 13:24 / Bu xəbər 814 dəfə oxundu
Yerevan şəhərinin keçmiş meri, parlamentin sabiq vitse-spikeri və "Yerkrapah” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyanın Baş nazir Nikol Paşinyana sui-qəsd təşkil etməkdə ittiham olunaraq həbs edildiyi bildirilir.
Bu barədə sentyabrın 27-də Albert Bazeyanın vəkili Georgi Melikyan yerli mətbuata danışıb.
Vəkilin sözlərinə görə, Albert Bazeyan günahını boynuna almır və özünü siyasi məhbus hesab edir.
Sentyabrın 23-də Albert Bazeyan və "Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının 7 üzvü hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinərək saxlanılıb.