Sahibkar: "Bakı Baş Gömrük İdarəsinin rəisi bizə zülm edir"

Sahibkar:

08-04-2021 19:07 / Bu xəbər 2067 dəfə oxundu

"Bakı Baş Gömrük İdarəsində özbaşınalıq halları yaşanır. İdarənin rəisi Kənan Məmmədov dövlət qurumunu özünün iqamətgahına çevirib. İnsanlara zülm çəkdirir, konkret olaraq mənə xeyli ziyan vurub".

Bunu demokrat.az-a "Lion Centre” MMC-nin direktoru Ramil Aslanov deyib.

O, Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədovdan şikayətçidir. 

Sahibkar deyir ki, artıq üzlədiyi problemlərlə bağı müaviq qurumlara da müraciət edib: "Məsələ ilə bağlı Baş Prokurorluğa da müraciət etmək fikrindəyəm. Konkret sənədlərlə şikayət hazırlanır. Artıq vəkilimlə də müqavilə bağlamışam, yəni bu məsələdə güzəşt etməyəvəyəm. Çox güman ki, bu həftənin sonuna kimi sənədlər prokurorluğa veriləcək, oradan verilən cavabdan sonra məhkəməyə müraciət edəcəyik. Cənab Prezident bütün günü öz çıxışlarında deyir ki, sahibkarlara dəstək olun, sahibkarlara kömək edin. İqtisadiyyatımız sahibkarların əlindədir, bu sahə buradan yüksələ bilər. Nazirlər Kabinetindən, Prezident Administrasiyasından dəstək görürük, amma Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov öz bildiyini edir". 

"Kənan Məmmədov sahibkarların Bakı Baş Gömrük İdarəsində üzləşdiyi problemləri həll etmək əvəzinə, mənə məxsus "Lion Centre” MMC-in anbarını yoxlatdırır. O boyda general Binəqədi rayonu, Xocahəsən qəsəbəsindəki anbara gedib çıxıb. Bakı Baş Gömrük İdarəsinin həyətindəki anbarlara baxış keçirmək isə Kənan Məmmədova sərf etmir, çünki orada özünün yaratdığı və himayə etdiyi karqoların, daşıyıcı şirkətlərin malları var", - sahibkar bildirir. 

Onun sözlərinə görə, Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsini özünün şəxsi "imarətgahı” sayır: "Əvvəlcə, sahibkarları süründürməçiliyə məruz qoyur, sonra da əlaltıları vasitəsilə yaratdığı broker xidmətinə yönəldir. Bundan başqa, Kənan Məmmədov malların arxivləşdiriməsinə imkan vermir, prosesi uzadır, bizi əlavə xərcə salır. Tutaq ki, "Lion Cenre” MMC-in şüşə mallarını brutto cəkisi (22600 kq) və netto çəkisi (21760 kq) və 70 kub metr 40 futluq konteynerdə olub. Gömrük statistikasına görə, Cex xrustalının 1 kubu  500 ya 520 kq təşkil edir. Rusiyanın və ya Belarisyanın xrustal malları isə yüngül olur: 1 kubu 145 kq və ya 170 kq. Çex xrustalı olsaydı, 70 kubu 520 kq-ya vuranda 36400 kq edir. Rusiya və ya Belarusiya xrustalı olanda isə 70 kubu 170 kq-ya vurduqda 11900 kq təşkil edir. 01211000081340 saylı gömrük bəyannamə üzrə mənə məxsus olan və qeyri-qanuni Kənan Məmmədov tərəfindən saxlanılan malın çəkisi 21760 kq təşkil edirdi. İndi Kənan Məmmədovdav necə soruşaq ki, bu hansıdır, xrustal, yoxsa şüşə? Axı bu genaral xrustal şüşə qabın fərqini bilmir. Bəs bunu necə sənədləşdirir?"

"13 gün ərzində malımın arxivləşməməsi nəticəsində mənə külli miqdarda maddi ziyan dəyib. Sahibkar kimi əməkdaşlıq etdiyim şəxslər və şirkətlər qarşısında nüfuzuma xələl gətirilib. İşgüzar nüfuzum zədələnib. Ona görə də ölkə başçısından dəstək istəyirəm. Məhkəmədə də maddi ziyanla bağlı iddia qaldıracağam", - sahibkar belə deyir. 

Çindən satış üçün Azərbaycana şüşə qablar gətirən "Lion Centre” MMC-nin direktoru Ramil Aslanov demokrat.az-a onu da deyib ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov onun mallarının bir qisminin oğurlayıb. 

Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov isə məsələyə münasibət bildirməyib.