"Sahil" metrosu bağlanacaq

10-08-2017 10:28 / Bu xəbər 1861 dəfə oxundu

"Sahil" stansiyası əsaslı təmir işlərinin aparılması məqsədilə bağlanacaq. 

Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan «Sahil» stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.

Bakı Metropoliteni Mətbuat Xidmətidən Toplum.tv-yə verilən məlumata görə, «Sahil» stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək.

Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər  çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, "Sahil” stansiyasının bağlanması zərurəti yaranıb.

"Bakı Metropoliteni” QSC  «Sahil» stansiyası 20.08.2017-ci il tarixindən sərnişinlərin giriş-çıxışı üçün başlanacağını və qatarların bu stansiyada dayanmadan «İçərişəhər» və əks istiqamətdə hərəkət edəcəyini sərnişinlərin diqqətinə çatdırır. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun «Sahil» stansiyasına yaxın olan «İçərişəhər» və «28 May» stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur.