Şaiq Vəlinin ailəsində faciə: 3-cü oğlu da faciəvi şəkildə həlak oldu

Şaiq Vəlinin ailəsində faciə: 3-cü oğlu da faciəvi şəkildə həlak oldu

01-08-2020 22:08 / Bu xəbər 2407 dəfə oxundu

İyulun 30-da Sumqayıt şəhərində, dənizin nəzarətsiz ərazisində batan şəxslərdən birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-a verilən məlumata görə, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. 

Pərviz Vəliyev mərhum şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şaiq Vəlinin oğludur.

Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub və 6 fevral 2013-cü ildə uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib. Şairin 7 övladı dünyaya gəlib. 

Böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb.