Şamaxı Rayon İcra Hakimiyyəti 3 milyon manatlıq avtomobil alır

Şamaxı Rayon İcra Hakimiyyəti 3 milyon manatlıq avtomobil alır

21-06-2022 14:05 / Bu xəbər 777 dəfə oxundu

Şamaxı Rayon İcra Hakimiyyəti nəqliyyat vasitələri və müxtəlif texnikaların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Xəbəri "Report” yayıb.

Dövlət satınalmalarının vahid internet portalında isə qeyd olunur ki, tenderin qalibi "Havaline” MMC-dir.

Qalib şirkətə 3,266 milyon manat ödəniləcək.