Şamaxı sakini dövlətdən və insanlardan kömək istəyir

Şamaxı sakini dövlətdən və insanlardan kömək istəyir

17-01-2023 12:55 / Bu xəbər 719 dəfə oxundu

Şamaxının Dağ Bağırlı kənd sakini Faiq Abdürreyimov ölkə başçısından, Heydər Əliyev Fondundan, TƏBİB və Səhiyyə Nazirliyindən kömək istəyir. 

O deyir ki, oğlu Cabbar Abdurreyimov ağır xəstədir, ürəyindən və ciyərindən əməliyyat olunmalıdır. 

Ona ürək və ciyər köçürülməsi üçün 200 min manat vəsaitin lazım olduğu bildirilib. Amma onun buna imkanı çatmır. 

Hətta həkimlərin təyin etdiyi dərmanları belə almağa maddi imkanı olmadığını deyir. 

Faiq Abdürreyimov hesab edir ki, oğlu xarici ölkələrin birində müalicə və əməliyyat olunsa, sağala bilər. 

O, xeyriyyəçiliklə məşğul olan insanlardan da ona yardım etməyi xahiş edir: 

Bank hesabı: 4169 7413 7267 4786
Tel: +994 50 791 15 23