Samir Səfiyev: "Deputat oğlunun 2 milyonluq borcundan mətbuata nə?.."

Samir Səfiyev:

20-09-2020 12:23 / Bu xəbər 631 dəfə oxundu

Deputatın oğlu 2 milyonluq borca düşüb

Londonda fəaliyyət göstərən və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus "Ugano Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb. 

Hesabata görə, şirkət ziyan edib və deputat oğlu Londonda 2 milyonluq borca düşüb. 

"Onun oğlunun, yaxud da ayrı bir adamın fəaliyyətində, nəsə cinayət əlaməti varsa, hüquq-mühafizə orqanları araşdırma apara bilərlər".

Bunu isə qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyevin köməkçisi Samir Səfiyev Orxan Quluzadənin Londonda 2 milyonluq borc məsələsinə aydınlıq gətirərkən deyib.

Samir Səfiyev bildirib ki, bu məsələlərin mətbuata və eləcə də jurnalistlərə heç bir aidiyyatı yoxdur: "Bu məsələnin mətbuata nə aidiyyatı? Tutaq ki, onun oğlunun nəsə problemi var, ondan mətbuata nə? Bu, onun ictimai fəaliyyəti ilə bağlı deyil, şəxsi ailə işidir".

"Deputat oğlu Londonda şirkəti hansı maliyyə ilə qurub” sualına isə köməkçinin cavabı belə olub: "Onun maliyyəsinin hardan olması və eləcə də Londonda müflisliyinin jurnalistə nə dəxli? Hüquq-mühafizə orqanları var, əgər belə bir məsələ varsa, məşğul olsunlar. Mənə onun ictimai fəaliyyəti maraqlıdır, ailəsindəki problemin heç kəsə aidiyyatı yoxdur, lazım olarsa, ictimailləşdirər, özünün şəxsi işidir".