Sankt-Peterburq metrosundakı partlayış: azı 10 nəfər öldü

Sankt-Peterburq metrosundakı partlayış: azı 10 nəfər öldü

03-04-2017 19:13 / Bu xəbər 2432 dəfə oxundu

Sankt-Peterburq metrosunun "Sennaya ploşad" stansiyasındakı partlayışda 10 nəfər ölüb,20 nəfərsə xəsarət alıb.

Xəsarət alanlar arasında uşaqlar da var. Sankt-Peterburq vilayəti qubernatorunun sözçüsü Andrei Kibitovsa partlayışda 50 nəfərin xəsarət aldığını deyir.

İnterfaksın məlumatına görə vaqonlardan birinə 200-300 qram trotil gücündə partlayıcı qurğu qoyulubmuş.

Partlayışdan az sonra çəkilən görüntülər:

Rusiya prezidenti Vladimir Putin xüsusi xidmətin partlayışla bağlı ona hesbat verdiyini deyir. TASS-ın məlumatına görə, Putin Belarus prezidenti Alexandr Lukashenka ilə görüşdə ,xüsisi xidmətin rəhbərləri və Federal Təhlükəsizlik xidmətinin direktoru ilə əlaqə saxladığını deyib.

Vladimir Putin və Alyaksandr Lukashenka
Vladimir Putin və Alyaksandr Lukashenka

Feysbuk partlayışdan sonra Sankt-Peterburq sakinləri üçün "mən salamatam" funksiyasını aktivləşdirib. Hər bir Peterburq sakini bununla öz yaxınlarına xəbər verə, həm də dostlarından xəbər tuta bilirlər. Feysbuk bunu ilk dəfə 2015-ci ilin noyabrında Parisdəki terror aktlarından sonra tətbiq edib.

***

Sankt Peterburqun vilayətinin qubernatorluğu partlayış nəticəsində 10 nəfərin ölməsini təsdiqləyib.

Sankt Perterburq metrosu böyüklüyünə görə Avropada 4-cüdür. Ondan qabaqda yalnız Moskva, Paris və London metrolarıdır.

Sankt Peterburq metrosu ilə gündə 2 milyon adam daşınır.
Sankt-Peterbur metrosunda partlayış, 3 Aprel , 2017
Sankt-Peterbur metrosunda partlayış, 3 Aprel , 2017

Sankt Peterburq metrosundan bütün sərnişinlər təxliyyə olunub. Metronun bütün stnasiyaları bağlanıb.

***

Rusiya prezidenti Vladimir Putin metrodakı partlayışın 3 səbəbi ola biləcəyini deyib. 

Onun fikrincə, partlayışın terrorizmdən başqa, məişət və ya kriminal səbəbləri də ola bilər.
 
***

Sankt Peterburq şəhər hakimiyyətinin verdiyi məlumata görə, metrodakı partlayışda ən azı 50 adam yaralanıb.

***

Son məlumata görə Sankt-Peterburq metrosunda baş verən partlayışda azı 10 nəfər ölüb.

Partlayış "Sennaya ploşad"stansiyasında baş verib.

TASS-n məlumatına görə, yaralılar var və hazırda onların sayı dəqiqləşdirilir.

Metropoliten partlayışdan sonra 7 stansiyanın bağlandığını bildirir, insanlar evakuasiya edilir.

METRODA PARTLAYIŞ

Sankt Peterburq metrosunda partlayış baş verib.

Bu barədə aprelin 3-də RİA Novosti və Rusiyanın digər kütləvi informasiya vasitələri xəbər verirlər.

Şahidlər ölənlər olduğunu deyirlər.

Bu məlumata hələ ki, rəsmi münasibət bildirilməyib.

Sosial şəbəkələrdə yerləşdirilən kadrlarda metro stansiyasından tüstü çıxdığı görünür.

Həmçinin RİA Novostinin saytında dağılmış vaqonun fotosunu yerləşdirilib.

Amma bu fotonun orginal olduğunu hələ ki, aydınlaşdırmaq mümkün olmayıb.

Hadisədən həmən sonra çəkilmiş video:

///Azadliq Radiosu