Saray xəttində qəza: Abşeronun bir hissəsi işıqsız qaldı

Saray xəttində qəza: Abşeronun bir hissəsi işıqsız qaldı

04-01-2019 02:08 / Bu xəbər 1673 dəfə oxundu

Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

"Report" xəbər verir ki, fasiləyə bu gün saat 21:00 radələrində yüksəkgərginlikli Saray xəttində baş vermiş qəza səbəb olub.

Nəticədə Abşeron rayon Saray qəsəbəsinin bir hissəsi, Üzümlük yaşayış massivində olan 1000-ə yaxın abunəçinin elektrik enerjisi ilə təchizatı kəsilib.

Sakinlərin sözlərinə görə, qəza səbəbindən Sumqayıt şəhəri ilə Saray qəsəbəsini və Bakı-Quba yolunu birləşdirən general Məhəmməd Əsədov prospektində işıqforların da fəaliyyyəti dayanıb. Nəticədə yolda avtomobillərin və piyadaların hərəkətində müəyyən çətinliklər yaranıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, hazırda qurumun əməkdaşları qəza yerindədir:

"Hadisədən xəbərimiz var. Dərhal əməkdaşlarımız və texnikamız əraziyə ezam olunub. Hazırda onlar baş verən qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldurlar".