Sarkisyan korrupsiya işinə görə dindiriləcək

Sarkisyan korrupsiya işinə görə dindiriləcək

22-11-2021 17:45 / Bu xəbər 626 dəfə oxundu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan dindirilmək üçün anti-korrupusiya komitəsinə çağırılıb. 

Bu barədə noyabrın 22-də Sarkisyanın vəkili sosial media hesabında açıqlama yayıb. 

Sarkisyana qarşı cinayət işi 2019-cu ilin sonunda açılıb. 

İstintaqın versiyasına əsasən, 2013-cü ildə o, prezindent olarkən "Fleş" şirkətinə qanunsuz imtiyazlar verib. 

Şirkətin dizel yanacağı ilə bağlı tenderdə qalib gəlməsi üçün şəraitin yaradıldığı, dövlətə milyonlarla dollar zərər vurulduğu bildirilib. 

Bu il iyunun 30-da isə Sarkisyanın qardaşı oğlu adam qaçırmaqda, silahların, narkotiklərin qanunsuz dövriyyəsində ittiham edilərək 5, 5 il müddətinə həbs olunmuşdu