Sarkisyandan şok etiraf: "Müharibədən qorxuram"
22-01-2015 04:14 / Bu xəbər 1379 dəfə oxundu
Müharibə hər an başlaya bilər...
ANS-in məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sərkisyan Fransanın "France24" telekanalına müsahibəsində deyib.
Sərkisyan Dağlıq Qarabağda gərginliyin artmasına münasibət bildirib.
"Ermənistan müharibədən qorxur. Özüm şəxsən müharibədən qorxuram. Amma qələbə qazanmaqdan qorxmuram. Dağlıq Qrabağda genişmiqyaslı müharibə hər an başlaya bilər", - deyə Serj Sərkisyan bildirib.
Qeyd edək ki, Ermənistan ordusu ötən ilin iyul-avqust aylarından bu yana 100-dən çox əsgərini itirib. Təkcə bu il martın 19-da Azərbaycan Ordusu təxribatlar törətmək istəyən 20-dək düşmən hərbçisini məhv edib və yaralayıb.
Arqument.Az












