Sataşma:”Necəsən, ceyran?” - VİDEO

Sataşma:”Necəsən, ceyran?”   - VİDEO

30-01-2014 18:26 / Bu xəbər 11008 dəfə oxundu

Küçə ilə getdiyi zaman gənc qadına kənar insanların necə sataşdığını göstərən video internetdə sürətlə yayılaraq bu mövzu ətrafında debatların qızışmasına səbəb olub. 

Videoda qadın Nyu Yorkdakı küçə ilə gedir və heç kimlə işi yoxdur.

Kişilər ona söz atır və bu sözlər təxminən belə səslənir: ”Necəsən, ceyran?”, “Gözəl!”, “Salam, can-ciyər!” Qadın onun ardınca buraxılan sözlərə əhəmiyyət vermir, atmacalarsa davam edir: “Gülümsə!”, "Sağol deməyi əsirgəmə". Video bir kişinin gənc qadına çataraq heç bir söz demədən düz 5 dəqiqə ərzində onunla bərabər yeridiyini göstərir, baxmayaraq kı qadın kişinin bu hərəkətindən narahat olduğunu aydın nümayiş etdirir.

Saysız-hesabsız fitəbasma və gözvurmaları nəzərə almasaq, videonun qəhrəmanı olan gənc qadına 10 saat ərzində 100-dən çox atmaca atılıb. BBC xəbər verir ki, küçədə sataşma hallarına qarşı yaradılmış “Hollaback!” fondu videonun çəkilməsində məqsədin, sataşma qurbanlarına tənha qalmadıqlarını anlatmaqla yanaşı sataşmanın təhqir yükünü nümayiş etdirmək olduğunu deyir. Video sosial şəbəkələrdə sürətlə populyarlaşaraq bu cür hallar ətrafında uzun çəkən debatları yenidən canlandırıb. 

Arqument.Az