Savçenkonun bacısı da Rusiyada saxlanıldı

Savçenkonun bacısı da Rusiyada saxlanıldı

28-04-2016 01:39 / Bu xəbər 1503 dəfə oxundu

Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun bacısı saxlanılıb.
 
APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna XİN-in "Tvitter” səhifəsində bildirilib.
 
"Vera Savçenko Rusiyada saxlanılıb. Hazırda insidentlə əlaqədar konsulumuz polis məntəqəsindədir. Moskvadakı səfirliyimiz də məlumatlandırılıb”, xəbərdə qeyd edilib.
 
Nadejda Savçenkonun vəkili İlya Novikov Vera Savçenkonun saxlanılmasını təsdiqləyib. Onun sözlərinə görə, V.Savçenko Rusiyada axtarışda olduğu üçün saxlanılıb. "Halbuki dünən Rusiya ərazisinə daxil olarkən heç bir problem olmamışdı”, deyə İ.Novikov bildirib.
 
Qeyd edək ki, Vera Savçenko aprelin 27-də istintaq təcridxanasında bacısı ilə görüşüb. 
 
Xatırladaq ki, Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunur.
 
Arqument.Az