Sayt rəhbəri karserə salınıb

Sayt rəhbəri karserə salınıb

13-03-2024 18:01 / Bu xəbər 921 dəfə oxundu

Gəncə İstintaq Təcridxanasında saxlanılan demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu üç günlük karserə salınıb. 

Həyat yoldaşı Arzu Rzayevanın verdiyi məlumata görə, onun cəzalandırılmasına vəziyyəti kəskin pisləşən kamera yoldaşı Osmana tibbi yardım göstərilməməsinə qəzəblənməsi səbəb olub.

"Osmanın cəza kamerasına salınması onun səhhəti üçün təhlükə yaradır, çünki onun da səhhətində problemlər var", - deyə həyat yoldaşı qeyd edib.

***

Osman Nərimanoğlu 5 iyul 2022-ci il tarixində pul tələb etmə ittihamı ilə həbs olunub. 

Həbsindən sonra o, ittihamın yalann olduğunu və saytda korrupsiya faktları haqqında materiallar dərc etdiyi Meliorasiya İdarəsinin məmurlarının, habelə Goranboy və Göygöl rayonunun həkimlərinin ona böhtan atdığını bildirib.

Yanvarın 25-də məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 

Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıblar.