Seçki komissiyasının üzvləri maaş ala bilmirlər

Seçki komissiyasının üzvləri maaş ala bilmirlər

22-01-2024 01:22 / Bu xəbər 1549 dəfə oxundu

Növbədənkənar prezident seçkilərinə az müddət qalsa da, dairə seçki komissiyası və məntəqə üzvləri hələ də əməkhaqlarını ala bilməyiblər. 

Bu barədə Lənkəran və Astaradan olan komissiya üzvləri "Arqument.az”a məlumat veriblər.

Onlar bu barədə Mərkəzi Seçki Komissiyasına da (MSK) müraciət etdiklərini deyiblər, amma hələ ki müsbət cavab almayıblar. 

"Dairə seçki komissiyalarına müraciət edəndə də deyirlər ki, pul yoxdur, nə vaxt olacaq, onda hamı alacaq", - şikayətçilər belə deyiblər. 

MSK-dan "Arqument.az” bildiriblər ki, məsələ araşdırılacaq.