“Sədərək”də sahibkarlar etiraz edir

“Sədərək”də sahibkarlar etiraz edir

23-01-2023 11:57 / Bu xəbər 494 dəfə oxundu

Bu gün səhər saatlarından "Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır. 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb sahibkarların bazarla bağlı yeni vergi siyasətinə etiraz etməsidir. 

Mağazalarını açmayan ticarətçilər İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmaq istəmirlər. 

Məlumata görə, ticarət mərkəzində fəaliyyət göstərən bir çox şəxsin vergi ödəyicisi kimi qeydiyyatda olmadığı məlum olub.

Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.