Səfər Mehdiyev bacısı oğlunu necə xilas etmək istəyir?

Səfər Mehdiyev bacısı oğlunu necə xilas etmək istəyir?

04-05-2021 12:35 / Bu xəbər 2750 dəfə oxundu

Fərman Əliyevin iş yerinin dəyişdirildiyi bildirilir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev barədə araşdırma başlayıb. 

Məlumata görə, sözügedən şəxs Bakı Baş Gömrük İdarəsinin Audit və Təhlil İdarəsinin baş inspektoru vəzifəsində çalışırmış.

Bildirilir ki, komitə sədrinin bacısı oğlu barədə araşdırmalara start verilməsinin səbəbi onun gömrük əməliyyatları zamanı bəzi işləri ört-basdır etməsi, broker firması açaraq, sahibkarlara "güzəştli” xidmət göstərməsi, habelə çalışdığı idarədə 800 min manatlıq yeyinti faktının üzə çıxması olub.

Qeyd edilir ki, Fərmanla bağlı araşdırmalar başladıqdan sonra dayısı, komitə sədri Səfər Mehdiyev təcili məsələni həll etmək istəyib. Bununla bağlı, onun bir çox şəxslərlə təmas qurduğu və xahiş etdiyi deyilir, lakin bütün cəhdlərinə rəğmən, ona hər hansı bir köməklik göstərilməyəcəyi cavabını alıb.

"Jamaz" xəbər verir ki, bacısı oğlunun həbs oluna biləcəyini düşünən Səfər Mehdiyev onun yerini təcili dəyişdirib.

Məlumata görə, Fərman Əliyev bir neçə müddət əvvəl daxili əmrlə Bakı Baş Gömrük İdarəsinin Audit və Təhlil İdarəsinin baş inspektoru vəzifəsindən çıxarılaraq, Dövlət Gömrük Komitəsinin Maliyyə İdarəsinə baş inspektor təyinatı alıb. 

Dövlət Gömrük Komitəsindən xəbərə münasibət almaq mümkün olmayıb.