Səfər Mehdiyev İnam Kərimovu cərimələdi

Səfər Mehdiyev İnam Kərimovu cərimələdi

27-03-2021 13:26 / Bu xəbər 3708 dəfə oxundu

Dövlət Gömrük Komitəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyini cərimələyib.

"Report” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokola əsasən, Aqrar Xidmətlər Agentliyini 1 500 manat cərimə edib.

Qurum İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi qərardan apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə şikayətin təmin edilməməsi barədə qərar çıxarılıb.