Səfər Mehdiyev Prezident Administrasiyasına niyə çağırılıb?
26-06-2022 12:34 / Bu xəbər 1092 dəfə oxundu
Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev Prezident Administrasiyasına çağırılıb.
Xəbəri "gununsesi.info" yayıb.
Bildirilir ki, Səfər Mehdiyev PA-da aidiyyatı şəxs tərəfindən qəbul edilib.
Məlumata görə, Səfər Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.
Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da ancaq fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir.
Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə antikorrupsiya əməliyyatları keçirilib.
Arqument.az-a daxil olan məlumatda isə bildirilir ki, Səfər Mehdiyevin yaxın zamanlarda vəzifsindən azad ediləcəyi, Dövlət Gömrük Komitəsinin isə ləğv edilərək İqtisadiyyat Nazirliyi yanında Gömrük Xidməti ilə əvəzlənəcəyi gözlənilir.
Dövlət Gömrük Komitəsi isə yayılan xəbəri nə təsdiq, nə də təkzib edib.