Səfər Mehdiyevin qardaşının şirkəti məhkəməyə verildi

Səfər Mehdiyevin qardaşının şirkəti məhkəməyə verildi

10-10-2021 01:04 / Bu xəbər 1087 dəfə oxundu

"Sumqala Tikinti Təchizat” MMC-yə məxsus avtomobil yol-hərəkət qaydalarını ciddi şəkildə pozduğuna görə məhkəməyə verilib.

"Qaynarinfo"nun məlumatına görə, MMC "Yol Hərəkəti Qaydaları Əleyhinə Olan İnzibati Xətalar. 347-ci maddə"ni pozduğuna görə məhkəməyə müraciət edilib.

347-ci maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə görə məhsuliyət daşıyır. 

MMC-nin əsas ünvanı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndidir. 

KİV-də yayılan məlumata görə, "Sumqala Tikinti Təchizat” MMC-nin sahibi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin qardaşı qardaşı Kazım Mehdiyevdir.