Səfər Mehdiyevin qaynı ilə baldızı oğlu işdən çıxarılıb
05-08-2022 12:55 / Bu xəbər 1452 dəfə oxundu
Şahin Bağırov keçmiş sədrin qohumlarını vəzifəsindən azad edib
Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri Səfər Mehdiyevin iki qohumu işdən çıxarılıb.
Məlumatı ilk olaraq "Unikal” saytı paylaşıb.
Meydan TV DGK-dakı mənbəsindən dəqiqləşdirib ki, komitənin sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə "Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev vəzifəsindən azad edilib.
O, Səfər Mehdiyevin qaynıdır.
Foto: Meydan TV
Şahin Bağırovun digər əmri ilə isə sabiq sədrin baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisi vəzifəsindən çıxarılıb.