Səfərbərlikdən qaçan ruslar ABŞ-da sığınacaq ala biləcəklər

Səfərbərlikdən qaçan ruslar ABŞ-da sığınacaq ala biləcəklər

28-09-2022 15:08 / Bu xəbər 889 dəfə oxundu

Səfərbərlikdən qaçan Rusiya vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilərlər. 

DW xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib. 

"Biz inanırıq ki, vətəndaşlığından asılı olmayaraq, onlar ABŞ-a sığınacaq üçün müraciət edə bilərlər. Hər bir müraciətə ayrı-ayrılıqda baxılacaq",  - Jan-Pyer deyib. 

Bununla belə, o, səfərbərlikdən qaçan ruslara sığınacaq verilməsi üçün hansısa xüsusi imtiyazların verilib-verilməyəcəyinə aydınlıq gətirməyib. 

Rusiya Prezidenti Vladimir Putin ölkədə səfərbərlik elan edəndən sonra on minlərlə insanın ölkədən çıxmağa hazırlaşdığı qeyd edilib. 

Gürcüstan və Qazaxıstanla sərhəd keçid məntəqələrində uzun növbələr yaranıb. 

Rusiya Müdafiə Nazirliyi səfərbərliyə 300 000 min şəxsin cəlb olunacağını açıqlayıb.