Səfir: "ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştiraka hazırdır"

Səfir:

27-01-2021 17:37 / Bu xəbər 663 dəfə oxundu

Örl Litzenberger iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb

ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştiraka hazırdır.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə deyib.

Səfir xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb.

APA-nin məlumatına görə, Örl Litzenberger Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə təbriklərini çatdırıb, regionda dayanıqlı sülhün bərqərar olmasının önəmini vurğulayıb.