“Səfirliyin bağlanması avtoritarizmin güclənməsinin nəticəsidir” - Müsavat Partiyası

“Səfirliyin bağlanması avtoritarizmin güclənməsinin nəticəsidir” - Müsavat Partiyası

12-11-2018 16:53 / Bu xəbər 1393 dəfə oxundu

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. 

Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. 

Məlumatda deyilir ki, Divanda Norveç səfirliyinin bağlanması da müzakirə edilib.

"Son illərdə Azərbaycanda avtoritar rejimin güclənməsi ilə əlaqədar iri xarici şirkətlətin, investisiya təşkilatların ölkəmizi tərk etməsinin ardınca diplomatik korpusun nümayəndələrinin də tərk etməyə başlaması ciddi narahatlıq yaradır. Müsavat Partiyası Norveç səfirliyinin Azərbaycanı tərk etməsinə görə narahatlığını bildirib", - açıqlamada deyilir.