Şəhərsalma, yoxsa dağıtma məmuru?
09-02-2024 17:56 / Bu xəbər 3090 dəfə oxundu
O, kimin kadrıdır: Mikayıl Cabbarovun, yoxsa Kəmaləddin Heydərovun?..
Azərbaycan korrupsiya və rüşvətxorluğun artıq ənənəyə çevrildiyi bir dönəmdədir.
Son illər ən çox korrupsiyaya bulaşmış sahələrdən biri isə tikinti sektorudur.
"Poliqon" informasiya agentliyi yazır ki, korrupsiyaya bulaşmış qurumlardan biri də Arxitektura və Şəhərsalma Komitəsi yanında Ərazi Tikinti Planlaşdırma Mərkəzidir.
Bu mərkəzin rəhbəri Ramin Abdullayevin adı isə müxtəlif qalmaqallarda, ləğv edilmiş, milyonlar silinmiş, mənimsənilmiş layihələrdə hallanır.
Sayta danışan komitə əməkdaşlarından biri Ramin Abdullayev bu sektorun "kabusu" kimi xarakterizə edib. Ramin Abdullayev də Bakını o kökə salmaqdadır.
Kimdir Ramin Abdullayev?
Məlumata görə, Ramin Abdullayevin təqdimatı 2019-cu ildə Şəhərsalma komitəsinin 1-ci muavini Namiq Hümmətov tərəfindən irəli sürülüb və bu vəzifəyə qoyulub. Namiq Hümmətov elə bu baxımdan Ramin Abdullayevin bütün çirkli işlərini daima mühafizə edir, vəzifə toxunulmazlığında ona dəstək olur. Bu da qurumda korrupsiyanın çiçəklənməsinə yol açır.
Mənbə bildirir ki, hətta ölkə başçısının tapşırıqları da bu qurumda nəzərə alınmır: "Cənab Prezidentin öz işinin öhdəsindən gəlməyən, şəxsi maraqlarını ön plana çəkən məmurlara qarşı sərgilədiyi sərt mövqe hamı üçün örnək olmalıdır. Dövlət başçısının yeni vəzifəyə təyiin etdiyi məmurları qəbul edərkən onların qarşısında qoyduğu tələblər hər bir vəzifə sahibi üçün gündəlik iş planı olmalıdır. Lakin bir çox məmurlar nə üzərinə düşən vəzifələri doğru-düzgün yerinə yetirir, nə də Prezidentin tələblərinə məhəl qoyurlar. Bu da ondan irəli gəlir ki, tayfabazlıq, qohumbazlıq Azərbaycan dövlət strutkurların ən böyük bəlasıdır. Hansısa məmurun qohumu, dostu, istəklisi olanlar mühüm dairələrdə önəmli kürsülər tutaraq millətin həyatına balta çalırlar. Müxtəlif yollarla idarəetmə sisteminə doluşan belə "əvəzedilməz kadrlar” haqqında elə məlumatlara rast gəlirsən ki, baş verənlərə əlaqədar qurumların susqunluq nümayiş etdirməsini heç başa düşə bilmirsən".
Bildirilir ki, sədri olduğu idarənin adı ilə əməlləri uyğun gəlməyən Ramin Abdullayev tam bir yoxlanmalı məmurdur: "Ramin Abdullayev 2021-ci ildən Arxitektura və Şəhərsalma Komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri vəzifəsində çalışır. Ancaq buna çalışmaq demək olmaz, çapmaq, talamaq demək olar. Ola bilsin ki, dövlət rəhbərliyi bu qədər işlərin, sıx qrafikin içində onun əməllərindən xəbərsizdir. Amma Bakının Baş Planı açıqlandığı, 2040 planları qurulduğu bir zamanda Ramin Abdullayevin fəaliyyəti araşdırılmalıdır. Bilinməlidir ki, onun Bakının Baş Planına vurduğu zərbə, dövlət əleyhinə apardığı iş nədən ibarətdir. Bilinməlidir ki, Baş Plana balta vuran, şəhəri az qala kəndə-kəsəyə çevirən, harda gəldi rüşvət aldığı üçün tikintiyə icazə verən, Şəhərin tikinti planlaşdırmasını pozan Ramin Abdullayev əslində hansı xəyanətlə, siyasi rəhbərliyə hansı pisliyi etməklə məşğuldur. Ona görə onun kabinetinin qapısı döyülməmiş içəri girilib siyirməsindəki sənədlər yoxlanmalı, qara dəftəri oxunmalıdır".
"Ramin Abdullayev bilmirsən Hətəmxan ağadır, bilmirsən Qurbanəli bəydir, yoxsa əsrimizin çinovniki… Abdullayevi klassiklərin çox obrazlarında təsəvvür etmək olar. İntəhası, onun əməlləri daha çox "ver, yeyim, ört, yatım” deyil, "ver, yığım” misalına bənzəyir. Çünki hörmətli oxucularımız, həmin Ramin ağa bina tikintisinə icazə vermək üçün o qədər yığıb, o qədər yığıb ki…artıq özü də hesab-kitabı itirib. Bəlkə də, Məşədi İbadın zəmanəsində yaşasaydı, "məşədi, bir 5 min ver, sənə şəhərin ən gözəl yerində imarət tikməyə şərait yaradım” deyərdi Yəni əziz və dəyərli oxucular, əgər işiniz Ərazi Tikinti Planlaşdırma Mərkəzinə düşsə qəti narahat olmayın, işləriniz yağ kimi gedəcək, yetər ki, sədr Ramin ağa razı qalsın. O razı qalsa, siz də razı qalacaqsınız. Yəqin ki bu yazını oxuyan MTK sahiblərinə və Tikinti biznesində olan sahibkarlara bu yazılanlar çox tanış gələcəkdir", - deyə yazıda qeyd olunur.
"MTK sahiblərinin və obyekt tikmək istəyən sahibkarların hamısını zara gətirən Ramin Abdullayev yalnız öz adamları (maklerləri) tərəfindən gələn işləri qabağa salaraq digər MTK sahiblərinin işlərini vurur. Müraciətlər aylarla hətta illərlə Ramin Abdullayevin stolunda qalır və süni maneələr yaradaraq onların tikilməsinə mane olur. O zaman bu məmur kimə xidmət edir? Dövlətə, prezidentə, islahat gedən ölkəyə bu cür özbaşınalıq edən məmurlar lazımdırmı? Axı hakimiyyətə, ölkə rəhbərliyinə, dövlətə zərbə vurur, xalqda inamsızlıq yaradır, gözdən salır iqtidarı. Yəni bir "qanqren"a vermiş Mərkəz var, sədri Ramin Abdullayevdir, burada sağalmaz rüşvət xəstəliyi var, onu amputasiya etməkdən başqa müalicə yolu qalmayıb", - deyə mənbə qeyd edib.
Sayt yazır ki, misal üçün xaricdən investisiyaların ölkəmizə cəlb olunduğu bir vaxtda Ramin Abdullayev tikinti bazarını elə hala salıb ki artıq sahibkarlar Azərbaycandan küsərək Gürcüstana, Özbəkistana və digər ölkələrə üz tutub.
MTK-lardan rüşvət olaraq götürdüyü evlərin sayını itirən Ramin Abdullayev haqqında hətta belə bir söz deyildi. Artıq Ramin Abdullayev adına ev almağa qohum-əqrəba da tapmır.
MTK-lardan soruşduqda isə niyə yuxarı şikayət etmirsiniz, cavabında necə şikayət edək, tikinti prosesi uzundu, binanın kodu var, çıxarışı var. Ondan sonra Ramin Abdullayev elə eləsin ki, işimiz lap çətinə düşsün? Həm də ikinci dəfə tikəndə yenə Ramin Abdullayevin qılıncının altından keçməliyik. Gələn müraciətlər aylarla, illərlə mərkəzdə ilişib qalır və yalan-yalnış bəhanələrlə imtina edilir.
Məlumatlara görə, MTK-lardan rüşvət olaraa götürdüyü evlər bəs eləmirmiş kimi Ramin Abdullayev gələn müraciətləri ancaq özünün yaxını olan 2-3 Layihəçəkmə firmalarına yönəldir. Yerdə qalan firmalardan gələn işləri qəbul etmir və keçən layihələrin işlənməsindəndə öz faizini qazanır.
Bildirilir ki, 1 binanın layihələndirilməsi 100 minlərlə manata başa gəlir. Görəsən, Arxitektura və Şəhərsalma Komitəsinin sədri Anar Quliyev bu işin harasındadır? Ramin Abdullayevin havadarları kimlərdir ki, artıq Anar Quliyevi də saymır, ya da hamısı əlbirdir:
"Ramin Abdullayevdən şəhid ailələri, qazilərin də ciddi narazılıqları var. Onlar tərəfindən gələn müraciətlərə biganə yanaşan Ramin Abdullayev xeyri olmadığına görə onlardan gələn işlərə də başdansovdu yanaşır və onları qəbul belə etməkdən imtina edir. Qısa zaman əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsində anbar tikmək istəyən Anar Hüseynov adlı sahibkar, Ramin Abdullayevi icazə üçün 20 min manat rüşvət istəməkdə ittiham etmişdi və hazırdada bu məsələ məhkəmədə davam edir. Ramin Abdullayevin iş fəaliyyəti ciddi araşdırılacaq və qısa müddət ərzində belə varlanması, cibə gedən milyonların aqibəti haqqında nəticə olacaq".
"Ramin Abdullayev kimi məmurlarla işləmək çətindir, bu adamlar dövləti uçuruma aparır, prezidentin yeni komandasında, onun proqramında belə məmurlara yer yoxdur. Onsuz da seçki sonrası kadr dəyişiklikləri istisna deyil, o sırada isə Abdullayevin gedişi də qaçılmazdır. Amma təkcə işdən qovulması ilə bu məsələ başa çatmaz", - deyə məlumatda qeyd olunur.