Şəhid olduğu deyilən Vəliəhəd də erməni əsirliyindən azad edildi

Şəhid olduğu deyilən Vəliəhəd də erməni əsirliyindən azad edildi

15-12-2020 16:09 / Bu xəbər 733 dəfə oxundu

II Qarabağ müharibəsində şəhid olduğu haqda məlumat yayılan Vəliəhəd Vəliyev də erməni əsirliyindən azad olunaraq Bakıya gətirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhəd Şakir oğlunun Azərbaycana təhvil verildiyini açıqlayıb.

V.Vəliyevin atası Şakir Vəliyev "Qafqazinfo”ya açıqlamasında məlumatı bir daha təsdiqləyib və artıq ona bu barədə rəsmilər tərəfindən məlumat verildiyini bildirib. 

Ş.Vəliyev hələ oğlu ilə əlaqə saxlamadığını deyib.

Vəliəhəd Vəliyevin Zəngilan uğrunda döyüşlərdə şəhid olduğu bildirilirdi. Onun nəşinin Lənkəranın Bala Şürük kəndində dəfn olunduğu rəsmən açıqlanmışdı.