Şəhidin doğulduğu evin görüntüsü yayıldı: "Əgər ev demək mümkündürsə..."
28-08-2023 11:31 / Bu xəbər 1239 dəfə oxundu
Jurnalist Fikrət Fərəməzoğlu şəhid Faiq Əbdürrəhmanovun doğulduğu evin fotosunu yayıb.
Bu barədə o, "Feysbuk" hesabında yazıb.
"Əvvəlcə elə zənn etdiniz ki, bu, yəqin, hansısa məmurun və ya bürokratın evidir. Ya da şəklin Afrika ölkələrindən birində çəkildiyini güman etdiniz. Axı, bizdə belə bir şey "mümkün deyil". Təəccüblənməyin. Bu şəkildə gördüyünüz "ev" Şəkinin Aşağı Göynük kəndindən olan Şəhid Faiq Əbdürrəhmanovun doğulduğu evdir. Əgər ona ev demək mümkündürsə", - deyə jurnalist bildirib.
Fərəməzoğlu deyir ki, 2011-ci ildə şəhidin ailəsinə söz verilsə də, hələ də evlə təmin olunmayıb.
Jurnalis qeyd edib ki, evin hazırki görüntüsünü ona şəhidin anası göndərib.
Anasına 2028-ci ilə qədər gözləməyi məsləhət biliblər: "Onun ailəsinə isə 2011-ci ildə ev söz verilsə də, şəhid anası Məfkurə Əbdürrəhmanovaya bildiriblər ki, 2028-ci ilə qədər gözləməlidir".
Şəki Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə münasibət bildirməyib.