Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir (yenilənib)

Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir (yenilənib)

28-11-2019 17:32 / Bu xəbər 1019 dəfə oxundu

Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov Şəhla Hümbətovanın qurumdan çıxarılmasına aydınlıq gətirib. 

O bildirib ki, Şəhla Hümbətova 6 aydan çoxdur Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmir: "Vəkillər Kollegiyası bu əsaslarla onun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib".

***

"Anar Bağırovla görüşdükdən sonra, açıqlama verəcəyəm”

Vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir. 

Məlumata görə, bu barədə qərar, kollegiyanın noyabrın 28-də keçirdiyi iclasda qəbul edilib.

İclas haqqında kollegiyanın yaydığı rəsmi açıqlmada Şəhla Hümbətova ilə bağlı heç nə deyilməsə də, bir sıra intizam məsələlərinə baxıldığı qeyd olunub.

Vəkil Şəhla Hümbətova Meydan TV-ə bu barədə məlumatlı olmadığını deyib: "Məlumatı dəqiqləşdirməliyəm. Kollegiyanın sədri Anar Bağırovla görüşdükdən sonra açıqlama verəcəyəm”, - Şəhla Hümbətova deyib.

Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.