"Səhliyalı" MMC niyə vergini ödəyə bilmir?

30-12-2020 14:07 / Bu xəbər 651 dəfə oxundu

"Sahliyalı" şirkətinin hazırda dövlətə 650.951 manat vergi borcunun olduğu bildirilir.

Bu barədə "Qlobal.az" məlumat yayıb.

Məlumatda bildirilir ki, şirkət vergi borcunu qarşıdakı ildə gözlənilən devalvaisya ehtimalına əsasən gecikdirir. 

"Bu tip şirkətlərin bəziləri dövriyyələrini süni olaraq azaltmaqla, vergi ödəmələrini gecikdirməklə və digər üsullarla barələrində "ziyançəkən şirkət" obrazı yaradırlar. Buna səbəb isə dövlətin pandemiyadan zərər çəkən özəl müəssisələrə edəcəyi ehtimal edilən yardım paketindən yararlanmaq planının olması və ölkədə gözlənilən devalvasiyadır", - məlumatda bildirilir.  
 
"Sahliyalı" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. 

Şirkət əsasən ət və süd məhsullarının istehsalı ilə məşğuldur. 

Şirkətdən məsələyə münasibət bildiriməyib.